Əfqanıstanda məntəqəyə hücum edildi: 17 ölü, 4 yaralı

Taliban Əfqanıstanın Tahar vilayətindəki mühafizəçi məntəqəsinə hücum edib.

Əfqanıstanda məntəqəyə hücum edildi: 17 ölü, 4 yaralı
https://peyk.az

Peyk.az xəbər verir ki, hücum nəticəsində 17 mühafizəçi həlak olub, 4-ü yaralanıb.

Hərbi birliklərin köməyə gəlməsindən sonra terrorçular geri çəkilməyə məcbur olub.

Taliban isə yaydığı açıqlamada hücumda 21 mühafizəçinin öldüyünü bildirib.