Əlcəzairin yeni baş naziri məlum oldu

Dekbarın 19-da vəzifəsinin icrasına başlamış Əlcəzairin yeni prezidenti Əbdülməcid Tebbun ölkəsinə yeni baş nazir təyin edib.

Əlcəzairin yeni baş naziri məlum oldu
https://peyk.az

Peyk.az-ın publika.az-a istinadən məlumatına görə, o, yeni hökumət formalaşdırmağı Əbdüləziz Cerada həvalə edib.

Ə.Cerad 2000-ci illərin əvvəlində Əlcəzair Daxili İşlər Nazirliyinin baş katibi vəzifəsində işləyib.

Yeni prezident vəzifəyə seçildikdən sonra baş nazir Nurəddin Beduini vəzifədən azad etmişdi.