Ərdoğan Berlin konfransını niyə tez tərk etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Berlin konfransını 2 saat tez tərk etməsi marağa səbəb olub.

Ərdoğan Berlin konfransını niyə tez tərk etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, onun bu addımı Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Xəlifə Haftarla eyni masa arxasında oturmaq istəməməsi kimi şərh olunub.

Türkiyə rəsmisi jurnalist Murat Yetkinin sualına bu cür cavab verib:

"Xarici işlər naziri Mövlud Çavuşoğlu sona qədər orda idi. Heç bir problem yoxdur, sadəcə şam yeməyinə qalmadıq. Bu, prezidentin gərgin iş qrafiki ilə bağlı idi. Haftar isə liderlərin olduğu heç bir yerdə olmayıb".

Qeyd edək ki, Berlin konfransında Liviyaya BMT-nin nəzarəti altında silah embarqosu tətbiq edilib.