Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”

Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”

Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”

“Biz ayrı-seçkilik etmədən zalıma zalım, terrorçuya terrorçu, haqsızlığa haqsızlıq, zülmə zülm deməyə davam edəcəyik”.

Peyk.az apa.ya istinadən xəbər verir ki, bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.

“Qərb terrorçuların yanında yer aldı. Bəs siz terrorizmə, terrora qarşı idiniz?”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Sabah Rusiyaya səfər edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəklər.