Ərdoğana gözlənilməz həmlə: Türkiyəyə qarşı şok anlaşma – Bir ölkə imtina etdi

Fransa, İtaliya, Yunanıstan və Cənubi Kiprin baş diplomatları Misir xarici işlər naziri Səmih Şükrünün dəvəti ilə Qahirədə bir araya gəlib.

Ərdoğana gözlənilməz həmlə: Türkiyəyə qarşı şok anlaşma – Bir ölkə imtina etdi

Peyk.az xəbər verir ki, görüşdə Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsi məsələsi və bu ölkədəki son durum müzakirə olunub.

İtaliya xarici işlər naziri Luici Di Mayo görüşdən sonra mətbuat konfransına qatılmayıb və Liviya toplantısnın yekun bəyannaməsinə imza atmaqdan imtina edib.

İtaliya mediasının iddiasına görə, Di Mayo anlaşmanın qərəzli olduğunu bildirib. İtalyan nazir Türkiyə və Liviya Milli Sülh Hökumətinə qarşı münasibətin yumşaldılmasının tərəfdarı olduğunu vurğulayıb.

Konfransda çıxış edən Misir xarici işlər naziri Türkiyənin Liviyada radikal qruplaşmalara dəstək verdiyini iddia edərək, beynəlxalq ictimaiyyəti buna qarşı mübarizə aparmağa çağırıb: “Beynəlxalq ictimaiyyət Türkiyənin radikal qruplaşmalara dəstəyini dayandırmalıdır”.

Fransa xarici işlər naziri Jan-İv Le Drian da Türkiyənin Liviya Milli Sülh Hökuməti ilə anlaşmasına etiraz edib. O, Türkiyəni beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb.

Yunanıstan xarici işlər naziri Nikos Dendias Türkiyənin ölkəsini və Cənubi Kipri təhdid etdiyini, bölgədə sabitliyi pozduğunu deyib. Nazir Qahirədə bir araya gələn ölkələrin rəsmiləri arasında Türkiyəyə qarşı mübarizədə anlaşmanın əldə edildiyini diqqətə çatdırıb.