Əsas intiqam hücumunu hələ həyata keçirməmişik - Təhdid BƏYANATI YAYDILAR

“ABŞ-ın İraqdakı bazalarına endirilən raket zərbələri ilə intiqam hücumlarımız başa çatmayıb”.

Əsas intiqam hücumunu hələ həyata keçirməmişik - Təhdid BƏYANATI YAYDILAR
https://peyk.az

Peyk.az Anadolu agentliyinə istinadən xəbər verir ki, İranın Baş Qərargahının mətbuat xidmətindən belə açıqlama verilib. Açıqlamaya görə, Vaşinqton intiqam hücumlarının növbəti mərhələsinin irəlidə olduğunu bilməlidir:

“ Bu gün həyata keçirilən hücumlarla intiqam cavabının başa çatdığını düşünmürük. Əsas intiqam elə səviyyədə olacaq ki, amerikalılar bölgədən çıxıb getmək məcburiyyətində qalacaqlar”.

Açıqlamada qeyd olunub ki, son hücumlar ABŞ-ın müdafiə sistemlərinin istənilən səviyyədə olmadığını ortaya qoyub.