"106.3 FM mahnımı səsləndirmək üçün pul tələb edir"

Müğənni Rahidə Baxışova 106.3 FM radiosunu tənqid edib.

https://peyk.az

Peyk.az xəbər verir ki, sənətçi "Hər şey daxil" proqramında sözügedən radionun mahnısını yayımlamaq üçün ondan pul istədiyini açıqlayıb:

"106.3 FM radiosunda mahnılarımın getməyini çox istədim. Amma pul tələb etdilər. Sənətdə addımını yeni atandan da pul istəsin, məndən də? 25 ildir səhnədəyəm, mənim pul ödəməyim düz deyil. Bəs, mənim fərqim nə oldu? Versələr də sağ olsunlar, verməsələr də. Bəzi radiolar ödəniş almadan mahnılarımı yayımlayır".

Verilişdə qonaq olan Əməkdar artist Cavanşir Məmmədovda Rahidənin sözünü təsdiqləyib. O bildirib ki, 106.3 FM ondan da pul tələb edir.