11 yaşlı qız internet-fleşmob ucbatından özünü və evini yandırdı...

İnternet şəbəkələrindən birində insanların özünü yandırmaqlarını təsvir edən dəhşətli bir flaşmob görən azyaşlı qız onda iştirak etmək qərarına gəlib.

11 yaşlı qız internet-fleşmob ucbatından  özünü və evini yandırdı...
https://peyk.az
Peyk.az İsrail mediasına xəbər verir ki, ABŞ-ın Florida ştatından olan bir məktəbli qız insanların öz-özünə və yaşadıqları evə od vurduğu onlayn fleşmobun üzvü olub. Nəticədə 11 yaşlı uşaq  üzərinə yanacaq tökərək  kibriti yandırıb. Qızın yataq otağında dərhal evin hər tərəfinə yayılan yanğın başlayıb. Digər otaqda daha üç ailə üzvü olub. Onlar evakuasiya ediliblər və xəsarət almayıblar. Əndrəbadi və qeyri-insani bir eksperiment iştirakçısı olan məktəbli qızın bədəni isə güclü formada yanıb. O, ikinci dərəcəli yanıq xəsarətləri alıb. Uşaq əlləri, qarnı, budları və sinə nahiyəsinin dəhşətli ağrısından əziyyət çəkdiyindən  əməliyyat olunub.