20 uşağı girov götürən adam güllələndi - FOTO

Hindistanın Uttar Pradeş əyalətinin sakini, 20-dən çox uşağı girov götürən Sureş Batam güllələnib.

20 uşağı girov götürən adam güllələndi - FOTO
https://peyk.az

Peyk.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "İndia Today" yazır.

Yerli sakinlərdən biri onunla danışıqlar aparmağa çalışsa da, ayağından yaralanıb. Batamın evi polis tərəfindən mühasirəyə alındıqda, cinayətkar onlara da atəş açıb, sonra isə qumbara atıb. Nəticədə 3 polis yaralanıb.

20 uşağı girov götürən adam güllələndi - FOTO

Batam xüsusi əməliyyat zamanı öldürülüb. İlkin məlumata əsasən, uşaqlardan xəsarət alan olmayıb.

Xatırladaq ki, Sureş Batam yanvarın 30-da onun qızının ad gününə dəvət olunan uşaqları girov götürüb. Yerli sakinlər uşaqlara kömək etmək üçün evin qapısını açmaq istədikdə Batam onlara atəş açıb. Onun daha öncə də qətldə ittiham olunduğu bildirilir.

ANI UP@ANINewsUP

UP Additional Chief Secretary and Principal Secretary Home Awanish Kumar Awasthi on children kept as hostage at a house in Farrukhabad: The person who was holding the children as hostage has been killed in an operation and all children have been safely evacuated.

View image on Twitter