3 ay ərzində 100 ədəd taksi paytaxta gətiriləcək

"Gecə reysləri bərpa olunub. Daha müasir tipli avtobuslardan istifadə etdik. Təhlükəsizlik əsas məsələdir".

3 ay ərzində 100 ədəd taksi paytaxta gətiriləcək
https://peyk.az

Bunu "Real İntervyu"da DANX-in rəis müavini İbrahim Əliyev bildirib.

DANX-in rəis müavini bildirib ki, avtobuslar 2 sürücü ilə təmin olunur: "Müasir cihazlar quraşıdırlıb ki, avtobusun gedib, gələn istiqamətinə nəzarət edilsin".

İbrahim Əliyevin sözlərinə görə, ölkəyə yeni London taksiləri gətiriləcək: "Qaraj təsərrüfüatında yenilənməni nəzərə alırıq. Dünyada ekoloji baxımdan yeni nəqliyyat vasitələrinin istifadəsinə başlanıb. Çalışırıq ki, taxsi xidmətində qarajın yenilənməsində ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsinin təmin edək. Yeni tipli taksini “Bakutel” sərgisində prezidentə təqdim etmişik. 100 ədəd taksi 3 ay ərzində paytaxta gətiriləcək".