65 il birlikdə yaşayan cütlük eyni gündə qocalar evində öldü

65 il birlikdə yaşayan cütlük Amerikanın Missuri ştatının Sent-Luis şəhərindəki qocalar evində eyni gündə dünyasını dəyişib.

65 il birlikdə yaşayan cütlük eyni gündə qocalar evində öldü
https://peyk.az

Peyk.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "New York Post" yazır.

Məlumata əsasən, 86 yaşlı Cek Morrison və onun 83 yaşlı həyat yoldaşı Harriet yanvarın 11-də bir neçə saat fərqlə vəfat ediblər. Bir-birinin əlindən tuta bilmələri üçün yataqları da yanbayan olub.

"Çox kədərlənirəm, amma bilirəm ki, onlar artıq birlikdə göylərdədirlər. Bu cütlüyün sevgi hekayəsi haqqında kitab yazmaq olar", - deyə qohumları Syü Vaqener danışıb.

Cek 1955-ci ildə avtobus sürücüsü işləyərkən Harriet ilə tanış olub. Sərnişinlər arasında Harrieti gördükdə, onu "Halloween"-də şam yeməyinə dəvət edib. Həmin görüşdən sonra onlar heç zaman ayrılmayıblar. Bir il keçməmiş, 5 may 1956-cı il tarixində sevgililər evləniblər.

Onlar iki oğul böyüdüblər. Oğlanlardan biri 2007-ci ildə mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib.

65 il birlikdə yaşayan cütlük eyni gündə qocalar evində öldü

Morrisonlar səhhətlərilə əlaqədar olaraq, bir il öncə qocalar evinə yerləşdiriliblər. Harriet iti gəzdirərkən yıxılıb, nəticədə onun omba və çanaq sümükləri sınıb. Bir neçə ay sonra Cek də evdə yıxılaraq boynunu zədələyib. Son aylarda onların vəziyyəti kəskin pisləşib, ölmədən bir müddət öncə qocalar yemək-içməkdən tamamilə kəsiliblər.

Cütlük yanvarın 15-də oğullarının məzarı yaxınlığında dəfn edilib.