68 yaşlı qadın beton mikserinin altında qaldı - ANBAAN VİDEO

İşıqforun son saniyələrində yolu keçməyə çalışan əsalı yaşlı qadın qəzaya düşüb.

Peyk.az nypost-a istinadla xəbər verir ki, işıqforun yaşıl işığı yanan zaman hərəkətə başlayan beton mikseri 68 yaşlı qadının üzərindən keçib.

Yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerindəcə keçinib.

Dəhşətli hadisə Bruklində, 49-cu küçədə baş verib.