98 ildən sonra aşağı liqaya düşdülər, ara qarışdı - Şəkillər

Braziliya A Seriyasında mövsümə yekun vurulub.

98 ildən sonra aşağı liqaya düşdülər, ara qarışdı - Şəkillər
https://peyk.az

Peyk.az xəbər verir ki, turnirin qalibi “Flamenqo” olub. Braziliyanın köklü klublarından olan “Kruzeyro” isə yüksək liqa ilə vidalaşıb.

38 turdan sonra 36 xalla çempionatı 17-ci sırada bitirən “Kruzeyro” 98 illik tarixində ilk dəfə B Seriyasına düşüb. Son turun matçında “Palmeyras”a 0:2 hesabıyla məğlub olan “Kruzeyro”nun azarkeşləri hisslərini cilovlaya bilməyiblər və stadiona zərər vurublar.