ABŞ açıqladı: İraqdan çıxmayacağıq!

Hərbçilərimizin İraqdan çıxması gündəmdə deyil.

ABŞ açıqladı: İraqdan çıxmayacağıq!
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib.

“Hal-hazırda İraqa göndəriləcək heyət bu ölkədən çıxmağımızı deyil, strateji partnyorluğumuzu necə yeniləyəcəyimizi, Yaxın Şərqdə qüvvələrimizi hansı şəkildə yerləşdirə biləcəyimizi müzakirə edəcək. Sadəcə təhlükəsizlik deyil, maliyyə, iqtisadiyyat və diplomatik partnyorluqla da bağlı danışıqlara ehtiyac var”, - deyə diplomat bildirib.

Qeyd edək ki, İraq baş naziri amerikan əsgərlərinin ölkəsindən çıxmasını tələb etmişdi.