ABŞ bölgəyə Bin Ladeni öldürən alayı göndərdi - Sensasion gəlişmə

İranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın bölgədə hərbçi yerləşdirməsi prosesi sürətlənib.

ABŞ bölgəyə Bin Ladeni öldürən alayı göndərdi - Sensasion gəlişmə
https://peyk.az

Peyk.az xəbər verir ki, ABŞ-ın ən böyük sui-qəsd komandası kimi tanınan "75-ci Ranger alayı"nı İraqa göndərildiyi barədə məlumat yayılıb.

Usamə bin Ladeni öldürən iki birlikdən biri olan alayla bağlı ABŞ-ın həmləsi savaşa hazırlıq kimi qiymətləndirilir.

Alay 3 min 632 nəfərlik xüsusi əməliyyat birliyi kimi tanınır. Rangerlərin bölgəyə göndərilməsi ilə ABŞ-ın yüksək əhəmiyyətli hədəflər (High Value Targets) strategiyasını izləyəcəyini göstərir.

Qeyd edək ki, Amerika ordusunun 1984-cü ildən bu günədək aktiv olan "75-ci Ranger alayı" vaxtilə bir çox sui-qəsd və ələ keçirmə əməliyyatlarını uğurla gerçəkləşdirib.

2001-2002-ci illərdə Əfqanıstanda 1700-dən çox Taliban hərbçisini öldürən alay Bin Ladenlə yanaşı 2008-ci ildə "Əl-Qaidə"nin ikinci şəxsi sayılan Əbu Xələfi də öldürüb.