ABŞ-da 18 milyon insanın həyatı təhlükə altındadır

ABŞ-ın cənub-şərq sahillərini təsiri altına alan qasırğa nəticəsində ölənlərin sayı 10-a çatıb.

ABŞ-da 18 milyon insanın həyatı təhlükə altındadır
https://peyk.az

Peyk.az xəbər verir ki, təbii fəlakətdən daha çox Alabama, Luiziana və Dallas ştatları ziyan görüb. Ümumilikdə isə 20 vilayətdə əlverişsiz hava şəraiti hökm sürür. Çox sayda tikiliyə ziyan dəyib. Elektrik naqilləri sıradan çıxıb. Yerli dairələrin məlumatına görə, qasırğa səbəbiylə ümumilikdə 18 milyon insanın həyatı təhlükə altındadır.

Arkanzas və Texas ştatlarında küləyin sürətinin daha da artacağı barədə xəbərdarlıq edilib. Bölgədə şiddətli yağışların yağacağı proqnozlaşdırılır.