ABŞ-da iki təyyarə toqquşdu - Ölən var

ABŞ Hərbi Hava qüvvələrinin Oklahoma ştatında yerləşən bazasında qəza meydana gəlib.

ABŞ-da iki təyyarə toqquşdu - Ölən var
https://peyk.az

Peyk.az-ın məlumatına əsasən, təlim zamanı iki hərbi təlim təyyarəsi toqquşub. Nəticədə iki pilot həlak olub.

Məsələ ilə bağlı polkovnik Korey Simmons açıqlama verib. O, qəzanın səbəbi barədə danışmayıb və araşdırma aparıldığını bildirib: "Səbəbi tapmaq adətən 30-60 gün vaxt tələb edir. Təxmini nəsə söyləmək istəmirəm. Qəza olanda bazada deyildim".