ABŞ-da koronavirusa yoluxanların sayı 8 nəfərə çatdı

ABŞ-da koronavirusa yoluxanların sayı 8 nəfərə çatıb.

ABŞ-da koronavirusa yoluxanların sayı 8 nəfərə çatdı
https://peyk.az

Peyk.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Massaçusets ştatının səhiyyə idarəsi məlumat yayıb:

"Xəstəliyə yoluxan 20 yaşlı Boston sakini bu yaxınlarda Çinin Uhan şəhərindən gəlib. Karantində saxlanılan gənc üçün ayrı otaq hazırlanıb. O, tam sağalana qədər evə buraxılmayacaq.

Hazırda ABŞ-ın Kaliforniya ştatında üç, İllinoys ştatında iki, Arizona, Vaşinqton və Massaçusets ştatlarında ümumilikdə üç nəfər koronavirusa (2019-nCoV) yoluxub".