ABŞ-dan İrana yeni sanksiyalar

ABŞ administrasiyası İrana qarşı sanksiyaları bir qədər də genişləndirib.

ABŞ-dan İrana yeni sanksiyalar
https://peyk.az

Peyk.az xəbər verir ki, sanksiyalar İranın inşaat sektoruna, istehsalatına, o cümlədən toxuculuq, mədən, polad və dəmir sənayesinə qarşı tətbiq edilib.

Vaşinqton İranın səkkiz yüksək rütbəli rəsmisinin də adını sanksiya siyahılarına salıb. Belə ki, həmin şəxslərin İraq ərazisində ABŞ və koalisiya hərbçilərinin yerləşdiyi bazalara bu günlərdəki ballistik raket hücumunda əli olduğu iddia edilir.