ABŞ-dan Türkiyəyə qarşı sanksiya: Senat təsdiqlədi

Türkiyə ilə ABŞ arasında S-400-lər ətrafında yaranan mübahisə daha da şiddətlənib.

ABŞ-dan Türkiyəyə qarşı sanksiya: Senat təsdiqlədi
https://peyk.az

Peyk.az türk mediasına istinadən xəbər verir ki, ABŞ Senatı Türkiyəyə sanksiyanın tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Səsvermə zamanı 18 “hə”, 4 “yox” səsi qeydə alınıb. 29 oktyabrda ABŞ Nümayəndələr Məclisinin Senata göndərdiyi bu qanun layihəsi son olaraq Senatın İdarə Heyətinə, daha sonra isə prezident Trampın təsdiqinə göndəriləcək.

Qeyd edək ki, Trampın bu qanun layihəsinə “veto” qoyma imkanı olduqca məhduddur. Çünki mütləq çoxluq sanksiyaya “hə” deyib.