ABŞ erməni terrorçunu azadlığa buraxır – Türkiyədən sərt etiraz

ABŞ-da yaşayan türklər 1982-ci ildə Türkiyənin Los-Anceles şəhərindəki baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azadlığa buraxılması ilə bağlı Kaliforniya məhkəməsində gedən prosesə etiraz edib.

ABŞ erməni terrorçunu azadlığa buraxır – Türkiyədən sərt etiraz
https://peyk.az

Peyk.az xəbər verir ki, etiraz bəyanatında məhkəmədən prosesin dayandırılması tələb edilib.

ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Milli Komitəsi məhkəmənin dayandırılması üçün imza kampaniyası başladıb.

Ötən ilin dekabrın 27-də Sasunyanın azadlığa buraxılması ilə bağlı qərar verilib. Terrorçu barədə bu qərarın təsdiq edilməsi üçün son imza Kaliforniya qubernatoruna aiddir.

Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayaraq ABŞ məhkəməsinin qərarına etiraz edib.

Hampiq Sasunyanın ayrı-ayrı vaxtlarda ABŞ-da türklərə yönəlik həyata keçirdiyi terror aktlarında 58 nəfər həlak olub.