ABŞ generalı qəfil Ankaraya gəldi – İdlibin taleyi

ABŞ-ın Avropadakı Müttəfiq Qüvvələrinin komandanı, general Tod Volter qəfil Ankaraya səfər edib.

ABŞ generalı qəfil Ankaraya gəldi – İdlibin taleyi
https://peyk.az

Peyk.az xəbər verir ki, general Volter Türkiyə müdafiə naziri, general Hulusi Akar və Baş qərargah rəisi, general Yaşar Gülərlə müzakirələr aparıb.

Görüşdə əsasən Suriyadakı proseslər, İdlib ətrafında baş verən hadisələr müzakirə edilib.

General Volterdən əvvəl isə Ankara ilə Moskva arasında İdlib mövzusu ətrafında müzakirə olub.

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yaşar Gülərlə Rusiya Baş qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı baş tutub.

Qeyd edək ki, rəsmi Ankara Rusiya aviasiyasının İdlibi bombardman etməsini pisləyir, Kremlin Soçi və Astana anlaşmasını pozdurğunu elan edir.