ABŞ hərbi qüvvələri İraqdan çıxarıla bilər

İraqda Baş nazir Adil Əbdülhəmidin rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

ABŞ hərbi qüvvələri İraqdan çıxarıla bilər
https://peyk.az

“Hürriyet”in xəbərinə görə, o, iclasda İraq hökuməti, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani və Xalq Səfərbərlik Qüvvələrinin komandan müavini Əbu Mehdi əl-Mühəndisinin ABŞ tərəfindən öldürməsini qiymətləndirərək bunun ölkənin suverenliyi pozduğunu bildirib.

Qeyd edilib ki, ABŞ-ın bu hava hücumu onun hərbi qüvvələrinin İraqda olması şərtlərini pozması deməkdir.

Bu məsələyə sabah İraq parlamentinin fövqəladə iclasında baxılacaq və həmin iclasda ABŞ hərbi qüvvələrinin İraqdakı fəaliyyətinə son qoyan qərar qəbul edilə bilər.