ABŞ İrana qarşı savaşa hazırlaşır? – Pentaqondan açıqlama

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Wall Street” qəzetinin Yaxın Şərqə 14 min hərbi qüvvənin göndəriləcəyi ilə bağlı yaydığı məlumata reaksiya verib.

ABŞ İrana qarşı savaşa hazırlaşır? – Pentaqondan açıqlama
https://peyk.az

Peyk.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Alisa Farah bu məlumatı təkzib edib.

O, bu xəbərin yanlış olduğunu qeyd edərək bildirib:

“Məlumat həqiqəti əks etdirmir, ABŞ Yaxın Şərqə İrana qarşı 14 min hərbi qüvvə göndərmir”.

“Wall Street” bundan əvvəl Donald Tramp hökumətinin bölgəyə İrana qarşı 14 min hərbçi, 10-dan çox döyüş gəmisi və digər texnikalar göndərməyə hazırlaşdığını yazmışdı.