ABŞ İraqda aerodrom inşa edəcək

ABŞ silahlı qüvvələri Anbar əyalətinin qərbində Hayt dairəsində əl-Baqdadi rayonunun Ayn əl-Əsəd aviabazasında strateji bombardmançılar olan B-52-lər üçün beynəlxalq aerodrom inşa etmək niyyətindədir.

ABŞ İraqda aerodrom inşa edəcək
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə məlumatı “Əl-Sumaria” televiziyası yayıb.

Həmçinin, “Uol Strit Jurnal” qəzeti Pentaqonun Yaxın Şərqə daha 200 hərbi qulluqçu və altı ədəd B-52 bombardmançı təyyarəsini göndərməyi planlaşdırdığını qeyd edib. Məlumata əsasən, aviabazada yerləşən ABŞ qoşunları bombardmançılar üçün uçuş-eniş zolağının tikilməsi məqsədilə aerodromun infrastrukturunu genişləndirib.