ABŞ komandasının səfəri təxirə salındı

ABŞ-ın futbol üzrə milli komandası bölgədə vəziyyətin gərginləşməsi səbəbindən Qətərdə keçiriləcək təlim-məşq toplanışını təxirə salıb.

ABŞ komandasının səfəri təxirə salındı
https://peyk.az

Peyk.az xəbər verir ki, federasiyanın saytında yerləşdirilən bəyanatda deyilir:

“Bölgədə hadisələrin inkişafı ilə əlaqədar olaraq ABŞ komandası yanvar ayında təlim-məşq toplanışlarının keçiriləcəyi Qətərə səfərini təxirə salmaq qərarına gəlib”.

Qətərdə 20 günlük təlim-məşq toplanışı yanvarın 5-də başlamalı idi.

ABŞ Futbol Federasiyası qarşıdakı oyunlara hazırlaşmaq üçün digər yerlər axtarır.