ABŞ və Çin arasında tarixi anlaşma

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının baş nazirin müavini Lyu Xe ikitərəfli ticarət mübahisələrinin nizama salınması üzrə sazişin birinci mərhələsi üzrə razılaşmanı imzalayıb.

ABŞ və Çin arasında tarixi anlaşma
https://peyk.az

Peyk.az xəbər verir ki, imzalanan ticarət sazişində Pekinin iki il ərzində dörd sahə üzrə 200 milyard dollar dəyərində Amerika mallarını almaq öhdəliyi haqqında bənd var.

“Sənəddə 75 milyard dollar həcmində sənaye mallarının satın alınmasından bəhs edilir. Eyni zamanda Çin tərəfi 50 milyard dollara enerjidaşıyıcıları almalı, kənd təsərrüfatı məhsullarının idxalı üçün 40 milyard dollar və xidmət sektoru üçün isə 35-40 milyard dollar xərcləməli olacaq”, – “South China Morning Post” qəzeti bir neçə mənbəyə istinadən yazıb.

Vaşinqton və Pekin ticarət sazişinin birinci mərhələsi barədə ötən il dekabrın 13-də razılığa gəlib. Saziş ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi rüsumların azaldılmasını və ABŞ-ın Çinlə ticarətdəki kəsirinin azaldılmasını ehtiva edir. Razılaşma ərəfəsində ABŞ tərəfi bazar ertəsi Çinin valyuta manipulyatorları siyahısından çıxarılması barədə qərarını elan edib.