Abşeronda dəhşətli qəza bir ailənin 4 üzvü xəsarət aldı

Abşeronda bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Abşeronda dəhşətli qəza bir ailənin 4 üzvü xəsarət aldı
https://peyk.az

Peyk.az-ın məlumatına görə, hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.

“Daevo Neksia” markalı avtomobil yolu keçən 38 yaşlı Əliyev Zamin Əjdər oğlunu, onun həyat yoldaşı 36 yaşlı Əliyeva Şamama Heydər qızını, övladları - 12 yaşlı Əliyev Elcan Zamin oğlunu və 11 yaşlı Əliyeva Aytən Zamin qızını vurub. Nəticədə ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. A.Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir.