"Ağlasığmaz nəticələr..."- Kadırov Süleymaninin ölümündən yazdı

Çeçenistan Respublkasının başçısı Ramzan Kadırov Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

https://peyk.az

Peyk.az xəbər verir ki, R.Kadırov özünün Telegram-kanalında yazıb:

“ABŞ-ın hərəkətləri Yaxın Şərqdə ağlasığmaz nəticələrə gətirib çıxara bilər. Buna heç kim laqeyd qala bilməz”.

O qeyd edib ki, bir sıra siyasətçilər, o cümlədən BMT rəsmiləri Vaşinqtona hücumu qınayıblar.

“Xüsusi diqqət ABŞ-ın suveren dövlətin ərazisinə hücum etmə üsullarına yetirilir”, – deyə Çeçenistan başçısı əlavə edib.