Ailəsi "Qarabağ"a gəlməsinə icazə vermədi

"Qarabağ" iki gün əvvəl yeni transfer etməyə yaxın olsa da, bu, son anda reallaşmayıb.

Ailəsi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində  "Akademiya Klinçeni" ilə yoxlama oyunundan (2:2) sonra bildirib.

47 yaşlı mütəxəssis deyib ki, futbolçunun özü və klubu ilə razılığa gəlsə də, onun ailəsi Azərbaycan çempionatına gəlməsinə icazə verməyib. Q.Qurbanov həmin futbolçunun yarımmüdafiəçi olduğunu söyləsə də, adını və oynadığı klubu açıqlamayıb