AKP-dən Kipr prezidentinə sərt - Cavab

Cənab Akıncının açıqlamaları Türkiyə Cümhuriyyətinə və Kipr türk xalqının haqlı mübarizəsinə hörmətsizlikdir.

AKP-dən Kipr prezidentinə sərt - Cavab
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Tvitter səhifəsində yazıb.

O bildirib ki, Kipr prezidentinin açıqlaması türk xalqının düşmənlərinin söylədikləri ilə bənzərlik təşkil edir. Çelik Akıncının bu açıqlamasına görə üzr istəməli olduğunu bildirib.

Qeyd edək ki, Şimali Kiprin Prezidenti Mustafa Akıncı rəhbərlik etdiyi ölkənin Türkiyəyə birləşməsi ehtimalını qorxunc adlandırmışdı.