Almaniyada kişi bazardan aldığı saatdan 48 min qazandı

Almaniyada kişi bazardan aldığı köhnə divar saatının içində 25 min alman markası tapıb.

Almaniyada kişi bazardan aldığı saatdan 48 min qazandı
https://peyk.az

Peyk.az xarici KİV-ə istinadən məlumat verir ki, alman vətəndaşı pulları yerli tapıntılar bürosuna təhvil verib. Belə ki, 6 ay ərzində heç kəs pullara sahib çıxmadığına görə onları tapan şəxsə qaytarıblar.

Kişi pulları heç cür xərcləyə bilməyib, səbəb isə alman markası 2001-ci ildən dövriyyədən çıxarılıb.

Lakin, Mərkəzi Bankda ona pulları dəyişməkdə köməklik ediblər. 

Qeyd edək ki,nəticədə tapıntı almaniyalıya 25 min avro (48 min manat) qazandırıb.