AMD Radeon Boost gəlir: Video kartlar güclənəcək

AMD şirkəti istehsal etdiyi video kartlar ilə də istifadəçilərin diqqətini çəkir. Bu səfər isə yeni texnologiyasını təqdim edən şirkət orta və giriş seqmenti ucuz video kartlarda performans artımına nail olmaq istəyir.

AMD Radeon Boost gəlir: Video kartlar güclənəcək
https://peyk.az

Yeni texnologiyanın adı Radeon Boost-dur. Dekabr ayında yayınlanması planlanan yeni drayver paketində bu texnologiyanın olub olmayacağı hələki dəqiq deyil.

Radeon Boost texnologiyası giriş və orta seqment qrafika kartlarında performansı artıracaq və oyunlarda daha yaxşı FPS alınmasını təmin edəcək.

        Bu ay AMD drayver paketi olan Radeon Software Adrenalin 2020 Edition-u istifadəçilərə təqdim edəcək. Bu paket ilə birliktə RTX dəstəyinin gəlməsi, FPS düzəltmələri və bir sıra optimallaşdırmanın olması nəzərdə tutulur. Lakin ən ciddi fərq Radeon Boost texnologiyası olacaq. Bu texnologiyanın işləmə prinsipi AMD rəsmilərinin dediklərinə görə oyunlarda personaj hərəkət edən zaman oyundan video karta göndərilən əmrlər daha sürətli cavablanacaq. Həmçinin daha çox FPS əldə etmək üçün görüntü keyfiyyətini qismən azaldacaq. Təbii ki, bu hal yalnız personaj hərəkət etdiyi zaman olacağı üçün istifadəçilər bunu fərq etməyəcəklər. Personaj dayananda isə görüntü keyfiyyəti əvvəlki halına geri qayıdacaq. 

        Bu texnologiya AMD şirkətinin 2016-ci ildə aldığı HiAlgo şirkəti tərəfindən hazırlanıb. Bu şirkət HiAlgo Chill və HiAlgo Boost adında 2 fərqli texnologiya təkmilləşdirdi və Radeon Chill adında 2016-da istifadəyə verildi. 2-ci etap olan HiAlgo Boost isə elə Radeon Boost texnologiyasının əsası olaraq düşünülür və 2020-dən etibarən giriş və orta seqment video kartlarda istifadə ediləcək.