“Apple” yeni Mac Pro-nu satışa çıxarıb

Dekabrın 10-da “Apple” yeni Mac Pro kompüterini satışa çıxarıb. Başlanğıc konfiqurasiyası səkkiz nüvəli prosessor, 32 Gb əməli yaddaş, 256 Gb-lıq SSD-keçirici və Radeon Pro 580X videokartından ibarət olmaqla qiyməti 5999 dollar edir.

“Apple” yeni Mac Pro-nu satışa çıxarıb
https://peyk.az

Bloomberg qeyd edir ki, əlavə seçimlərlə kompüterin qiyməti daha baha olur – məsələn, əməli yaddaşın 1,5 Tb olması ilə qiyməti 25 min dollar edir. Tam komplektasiya ilə 52 min dollardan çox olur. Amma bu dəstə ofisdə yerləşdirilməsi üçün olan 400 dollarlıq təkərlər daxil deyil.

“Apple” həm də HDR dəstəkli, 32 diaqonallı Retina 6K monitorunun da satışına başlayıb. Onun qiyməti 4999 dollardır. Altlığı isə 999 dollar edir.