Arvadı çayına yuxu dərmanı qatdı və... - 15 il sonra sirri açılan cinayət

Türkiyədə 15 il öncə törədilmiş cinayətin üstü açılıb.

Arvadı çayına yuxu dərmanı qatdı və... - 15 il sonra sirri açılan cinayət
https://peyk.az

Peyk.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 15 ildir axtarılan Necati Keleşin öldürülüb basdırıldığı ortaya çıxıb. Məlum olub ki, 46 yaşlı kişinin ondan boşanmaq üçün məhkəməyə müraciət edən həyat yoldaşı Sebahet Billici çayına yuxu dərmanı qarışdırıb. Qohumları isə Necati Keleşi boğaraq öldürüblər. Hadisədən bir gün sonra onu basdırdıqları yerə gedən qohumları cəsədin üzərini heyvanların açmaması üçün ətrafa çox sayda daş qoyublar. 

Basdırıldığı yerdən sümükləri çıxarılan adamın üzüyündə "Sebahet" yazıldığı görülüb.

Arvadı çayına yuxu dərmanı qatdı və...- 15 il sonra sirri açılan cinayət