ATƏT PA sədri: “İnsanlar Qarabağ münaqişəsinin həllini gözləyirlər

Biz ATƏT məkanındakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasında daha nikbin işarələr görmək istəyirik.

ATƏT PA sədri: “İnsanlar Qarabağ münaqişəsinin həllini gözləyirlər
https://peyk.az

Bunu ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelini deyib.

O bildirib ki, ATƏT ərazisindəki münaqişələr narahatlıq yaradır: "İnsanlar bu münaqişələrin həllini gözləyirlər. Xüsusilə də Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması baxımından daha optimist işarələr görmək istəyirik".