“Atamla bağlı belə bir mahnı oxumaq uşaqlıq arzum idi” - Muğam ustadının oğlu...

Mərhum muğam ustadı, Xalq artisti Ağaxan Abdullayevin oğlu Hikmət Abdullayev atasına mahnı həsr edib və artıq klip də çəkdirib.

“Atamla bağlı belə bir mahnı oxumaq uşaqlıq arzum idi” - Muğam ustadının oğlu...
https://peyk.az

“Ata” adlı mahnısı haqda Moderator.az-a danışan H.Abdullayev belə bir mahnı oxuyacağını çoxdan planlaşdırdığını bildirib:

“İlk dəfədir mahnı ifa edirəm və əslində özüm kamança ifaçısıyam. Uşaqlıqdan fikirləşirdim ki, atamla bağlı bir mahnı oxuyum və elə oldu ki, mahnının sözlərini də, musiqisini də özüm yazdım. Bir qardaşım da tar ifaçısıdır və qarşıda planlarımız var, istəyirəm ki, təzə mahnılar olsun. Müğənni kimi də özümü sınamaq istəyirəm”.

Qeyd edək ki, Xalq artisti Ağaxan Abdullayev 2016-cı il dekabrın 25-də 66 yaşında dünyasını dəyişib.