Avropa Birliyi Apple-a qadağa gətirmək istəyir: Tək tip usb konnektor olmalıdır!

Apple şirkəti digər markalardan fərqli olaraq cihazlarında USB Type-C giriş portu yerinə Lightning adı verilən portdan istifadə edir.

Avropa Birliyi Apple-a qadağa gətirmək istəyir: Tək tip usb konnektor olmalıdır!
https://peyk.az

Görünən odur ki, Avropa Birliyi bundan narazıdır və bu haqqda yeni qanun hazırlayırlar. Bu qanun təsdiq olunduğu halda Apple da digər android markaları kimi Type-C giriş konnektoruna keçməli olacaq.

Avropa Birliyinin yeni qərarına görə telefon ekosistemində tək tip usb konnektordan istifadə olunmalıdır.

        Avropa Birliyinin bəzi üzvləri belə bir təklif irəli sürdülər ki, telefon ekosistemində artıq tək tip usb konnektora keçilməlidir. Əvvəllər bu limit 3 idi. Micro USB, USB Type-C və Lightning portlarından istifadə olunurdu. Avropa Birliyinin bu qərarının əsasında belə bir səbəb dayanır ki, əgər tək tip usb girişlərinə keçərsə Apple, bu zaman daha az qalıntı maddələr olacaq və bu da dünyamız,təbiətimiz üçün daha faydalıdı. Bu qanun önümüzdəki günlərdə səs verməyə açıq elan ediləcək. Nəticələri görəcəyik. Apple rəsmiləri hələki səssizliyini qoruyur.