Avstraliya təbiətin qəzəbinə tuş gəlib - Növbəti fəlakət başladı

Şiddətli yağışların davam etdiyi Avstraliyanın cənub-şərq ştatları yeni təbii fəlakətlə üz-üzədir.

Avstraliya təbiətin qəzəbinə tuş gəlib - Növbəti fəlakət başladı
https://peyk.az

Peyk.az xarici KİV-lərə istinadən xəbər verir ki, bölgədə güclü yağışlar başlayıb. Viktoriya vilayətində aramsız yağışlar daşqınlara səbəb olub. Bəzi yollar bağlandığından insanların təxliyəsi çətinləşib. Yerli dairələr güclü külək və daşqınlar barədə xəbərdarlıq edib.

Yağışlar nəticəsində meşə yanğınlarının qarşısının alınacağı güman edilir. Qeyd edək ki, sentyabr ayından davam edən meşə yanğınları nəticəsində 28 nəfər həyatını itirib.