Ayda 220 min dollar qazanır, 2 min dollar xərcləyir

29 yaşlı amerikalı milyonçu aylıq qazancının yalnız 1 faizini xərcləyir. Videobloger Qrem Stefana 2 min dollar yetir. Halbuki ayda 220 min dollar qazanır.

Ayda 220 min dollar qazanır, 2 min dollar xərcləyir
https://peyk.az

Peyk.az xəbər verir ki, Qrem Stefan 26 yaşına qədər 26 milyon dollar qazanmışdı. Amma o həmişə qənaət etməyi bacarıb. Qazancının 99 faizini heç bir yerə xərcləməyib.

 

 Videobloger Qrem Stefan

29 yaşlı milyonçu deyir ki, heç vaxt "Starbucks”da kofe içmir. Evdə bir fincan kofe ona 20 sentə başa gəlir: "Gucci” firmasının ayaqqabısına 700 dollar verməyi də mənasız sayıram.
"Aldo” və ya "H&M”-də ayaqqabını dəfələrlə ucuz almaq mümkündür”. Bundan əvvəl maliyyə məsləhətçisi Syuzi Orman gənc amerikalıların kofeyə çoxlu pul xərclədiyini söyləmişdi. "Milyonu unitaza tullayırlar” demişdi.