Aynişan nişanlısından və toy hazırlıqlarından danışdı

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə toyu və nişanlısı Kənanla bağlı izləyicilərinin suallarını cavablandırıb. 

Aynişan nişanlısından və toy hazırlıqlarından danışdı
https://peyk.az

Peyk.az-ın məlumatına görə, Aynişan Kənanla tanışlığından bəhs edib. O bildirib ki, nişanlısı ilə 3 il əvvəl tanış olsa da, ötən ildən münasibətə başlayıblar. Aynişan aralarında 6 gün fərq olduğunu vurğulayıb.

Qısqanclıqla bağlı suallara isə “İlk başlarda hə, indi halım olandan-olana qısqanmağa vaxt tapıram” cavabını verib.

Artıq toy hazırlıqlarına başlayan cütlük qonaq siyahısını da hazırlayıb. O bildirib ki, həm qız, həm oğlan toyu edəcəklər. Hər iki məclis üçün də Aynişan libas hazırladığını açıqlayıb.

Qeyd edək ki, cütlüyün toyu fevralda olacaq.