Ayrılığa dözməyib barışdılar

Türkiyəli sənətçilər Kubilay Aka və Miray Daner cütlüyü barışıb.

Ayrılığa dözməyib barışdılar
https://peyk.az

Peyk.az xəbər verir ki, xəyanət iddiası ilə ötən ilin avqusutunda ayrılan sevgililərin barışma xəbərini “İkinci sayfa” verib.

Bildirilir ki, barışmaq üçün Kubilay Mirayı razı salıb. İki aydır gözlərdən uzaq münasibətlərini yaşayan cütlük bir müddət öncə də eyni evə köçüb. Kubilay sevgilisi ilə yaşamaq üçün aylıq kirayəsi 11 min lirə olan ikimərtəbəli villa tutub. Lüks villanın alt mərtəbəsinə isə musiqi və işıq sistemi quraşdıraraq diskotekaya çevirib. Cütlük çölə çıxmaq əvəzinə dostlarını da evə dəvət edərək partilər təşkil edirlər.

Qeyd edək ki, Kubilayla Miray üç ildir ki, sevgilidirlər.