Azərbaycan ordusu bu yola nəzarət edir – Manqasaryan

Təmas xəttində Azərbaycan ordusunun bəzi mövqe üstünlükləri var. Onlar zamanla mövqe üstünlüyü əldə etməyə cəhd edirlər və buna nail olurlar.

Azərbaycan ordusu bu yola nəzarət edir – Manqasaryan
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu erməni hərbi ekspert Vitali Manqasaryan deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bütün cəbhə xətti boyunca, xüsusilə Naxçıvanda strateji əhəmiyyət daşıyan bəzi vacib mühəndis işləri aparıb:

“Hazırda Azərbaycan ordusu strateji vacib yollardan biri olan Ararat-Areni-Gorus avtomagistralına nəzarət edir. Hərbi fəaliyyətlər yenilənəcəyi halda düşmən bu marşrutdakı hərəkətə mane olacaq”.