Azərbaycanda artıq 5G şəbəkəsini dəstəkləyən smartfonlar satılır

Azərbaycanda 5G mobil rabitə şəbəkəsini dəstəkləyən smartfonların satışına başlanılıb.

Azərbaycanda artıq 5G şəbəkəsini dəstəkləyən smartfonlar satılır
https://peyk.az

Peyk.az xəbər verir ki, ötən ilin sonlarında ölkəmizdə Azercell şirkəti tərəfindən istifadəyə verilən 5G şəbəkəsini dəstəkləyən smartfonların satışına start verilib.

Hazırda “Kontakt Home” elektronika mağazasında 5G mobil rabitə şəbəkəsini dəstəkləyən Xiaomi Mi Mix 3 5G modelinin satışı həyata keçirilir.

949,99 manata tək

Əməliyyat sistemi – Android 9.0(Pie)

Əsas kamerası – 12mpx+12mpx

Ön kamera – 24mpx+2mpx

Prosessor – Octa – core (1×2,84 GHz & 3×2,42 GHz & 4×1 ,78 GHz)

Yaddaş – ( Operativ – Daxili) 6 GB – 64 GB

Sim kart – Nano SİM

Batareya – 3800 (mAh)

İstehsal ili – 2019

Özəllikləri – 5G, LTE, NFC, barmaq izi korpusda, sürət enerjisi 18 W

Qeyd edək ki, sözügedən şəbəkənin sınağı zamanı 1GB/san-dən daha çox yükləmə sürəti qeydə alınmışdır.