Azərbaycanda bələdiyyə binası yandı

Oğuz rayonunun Filfilli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.

Azərbaycanda bələdiyyə binası yandı
https://peyk.az

Peyk.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Report"un xəbərinə görə, yanan bina Filfilli kənd bələdiyyəsinin inzibati binasıdır.