Azərbaycanda bu yollar ödənişli olacaq

Azərbaycanda bir neçə ödənişli avtomobil yolunun tikintisi nəzərdə tutulur.

Azərbaycanda bu yollar ödənişli olacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, ödənişli yol qismində Ələt-Astara yolu nəzərdə tutulub. Bu yol sürücüyə 39 kilometr məsafəyə qənaət etməyə imkan verəcək.

Sədr qeyd edib ki, mövcud yola paralel yerləşən və sürücüyə 18 kilometr məsafəyə qənaət etməyə imkan verəcək Bakı-Quba-Rusiya sərhədi yolu da ödənişli olacaq: "Avropada və digər inkişaf etmiş ölkələrdə bu təcrübə geniş yayılıb. Azərbaycanda isə yolların tikintisi və təmiri adətən dövlət büdcəsi hesabına həyata keçirilir".