Azərbaycanda daha bir mikroavtobus qəzası: Yaralılar var

Gədəbəydə mikroavtobus minik avtomobili toqquşub.

Azərbaycanda daha bir mikroavtobus qəzası: Yaralılar var
https://peyk.az

Peyk.az-ın yerli bürosunun məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb.

"Qazel" markalı mikroavtobusla "VAZ 2106" markalı minik maşını toqquşub.

Nəticədə, hər iki avtomobildə olan şəxslərdən bir neçəsi xəsarət alıb.

Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub.