Azərbaycanlı müğənninin səsi batdı

Bir müddətdir Türkiyədə yaşayan həmyerlimiz Çinarə Məlikzadənin səs tellərində ciddi problem yaranıb.

Azərbaycanlı müğənninin səsi batdı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə müğənni instaqramda məlumat verib.

O, həkimə müraciət etdiyini və müalicə aldığını bildirib: “İstanbulda ağır iş rejimi nəticəsində özüm də gözləmədiyim halda səs tellərimdə ciddi problem yarandı. Nəinki mahnı ifa etmək, hətta danışmağım belə olduqca çətinləşmişdi. Müalicə üçün dəyərli həkimə müraciət etdim. O yalnız həkim kimi deyil, həm də bir insan kimi çox böyük fədakarlıq göstərdi. Bütün bilik və bacarığını ortaya qoyaraq məni əməliyyatdan xilas etdi. Çox sağ olun dəyərli həkimim. Sayənizdə yenidən səsimə qovuşdum. Bu yalnız mənə deyil, həm də mahnılarımı sevən minlərlə insana olan münasibətdir”.