Azad edilən israilli qızın anası Putinə təşəkkür etdi

Rusiyada həbs edilən və sonradan Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv edilən israilli qız Naama İssaxarın anası Yaffa Rusiyanın dövlət başçısına qızına göstərdiyi mərhəmətinə görə təşəkkür edib.

Azad edilən israilli qızın anası Putinə təşəkkür etdi
https://peyk.az

Peyk.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb. İsrail mətbuatının məlumatına görə, hazırda qız Moskvada bir oteldə yerləşir.

Ananın sözlərinə görə, arzuladığı yeganə şey Naamanı qucaqlamaqdır.

“Mən baş nazir Netanyahuya diplomatik qətiyyətinə və böyük səylərinə görə ürəkdən təşəkkür edirəm. Mən Rusiya prezidenti Vladimir Putinə mərhəmət göstərdiyinə görə də təşəkkür edirəm”, — deyə Yaffa İssaxar baş verənləri “yaxşı nəticə” adlandırıb.

O, həmçinin əlavə edib ki, Naama deportasiya olunmadan Moskvanı adi insan kimi tərk edir. Bu o deməkdir ki, qız istəsə, Rusiyaya qayıda bilər.

İssaxar qaçaqmalçılığa və narkotik vasitələrin saxlanılmasına görə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Təl-Əvivə uçmaq istəyən qız Moskavnın Şeremetyevo aeroportunun tranzit zonasında saxlanılıb. O, aşkar edilən 9,6 qram həşişi şəxsi məqsədlər üçün daşıdığını deyib. Yanvarın 29-da Putin israillinin əfv olunması haqqında ərizəyə imza atıb.