Bağdadda toqquşmalar yenidən ŞİDDƏTLƏNDİ

İraqın paytaxtı Bağdadda polis Təhrir meydanına toplaşan etirazçılara müdaxilə edib.

Bağdadda toqquşmalar yenidən ŞİDDƏTLƏNDİ
https://peyk.az

Peyk.az Anadolu agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları nümayişçilərin çadırlarını yandırıb, onlara qarşı göz yaşardıcı qazdan istifadə edib. Toqquşmalar zamanı aralarında polislərin də olduğu çox sayda insan yaralanıb.

Qeyd edək ki, aksiyalar ötən ilin oktyabr ayında başlayıb. Nümayişçilər sosial problemlərin həllini tələb edir.